“Rusiya bu şəhərləri ələ keçirə bilməyib” - Ukraynadan açıqlama

“Rusiya bu şəhərləri ələ keçirə bilməyib” - Ukraynadan açıqlama

"Düşmən (Rusiya – red.) hazırda əsas regional mərkəz olan şəhərlərin heç birinə nəzarət etmir”.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Ali Radasının hakim "Xalqın Xidmətçisi” fraksiyasının üzvü Fyodor Venislavski deyib.

"Əsas regional mərkəz olan heç bir şəhər düşmənin nəzarətində deyil. Bu yöndə düşmənin bütün hücumlarını tam dəf edirik. Gecə hava hücumları, bombardmanlar oldu. Xarkov, Kiyev, Çerniqov, Çerkassı, Mariupol, Xerson, Nikolayevin ətrafı atəşə tutulub, amma Silahlı Qüvvələrimiz hücumların qarşısını aldı, alır”, - Venislavski bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az