Rusiya dostumuz deyil və dəhlizi açmaq istəyir – Nikolun deputatı
Rusiya və Türkiyə Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdə maraqlı olub.
Miq.Az xəbər verir ki, bunu "Qraparak” qəzetinə açıqlamasında Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Akop Aslanyan deyib.
"Rusiya Ermənistana hər cür təzyiq göstərməyə çalışır, çünki ona Zəngəzur dəhlizi sərf edir. O, Ermənistanı Avropadan ayırmaq istəyir. Ona görə ki, Rusiya və Türkiyə Ermənistanın İran, Hindistan və Çindən başlayan yollarda beynəlxalq tranzit marşrutu olmasını istəmir”, – deyə o bildirib.
Aslanyan Rusiyanın heç vaxt Ermənistanın dostu olmadığını söyləyib.
Miq.Az