Vətəninfo.az xəbər verir ki, Rusiya meyvə və tərəvəz istehsalı bağlı yeni müəssisələrinin yaradılması istiqamətində Azərbaycanla birgə layihələr üzərində işləyir. “APA-Economics”in məlumatına görə, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev yerli RBK telekanalına müsahibəsində deyib.
“Biz hazırda Türkiyə və Azərbaycanla meyvə və tərəvəz istehsalı bağlı yeni birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların və s. yaradılması üzərində işləyirik. Biz bu problemin həllinə çalışırıq. Biz ərzaq bazarında pozulan balansı aradan qaldırmalıyıq. O cümlədən, əlavə idxal üçün əvvəllər məhsul gətirmədiyimiz ölkələrə müraciət etməliyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 6-da kənd təsərrüfatı məhsullarının, xammal və ərzağın bəzi növlərinin idxalının qadağan olunması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən meyvə, tərəvəz, mal və donuz əti, balıq, süd məhsullarının idxalı bir il müddətində qadağan edilib.
Daha sonra Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov bəyan edib ki, Rusiyaya meyvə və tərəvəzin tədarükündə Azərbaycanla yanaşı, Özbəkistan, Tacikistan, müəyyən qədər Qırğızıstan perspektivli ölkə hesab edilir.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib