Rusiya Müdafiə Nazirliyindən Azərbaycana qarşı təxribat

Rusiya Müdafiə Nazirliyindən Azərbaycana qarşı təxribat
Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı "Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

APA-nın xəbərinə görə, telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın "Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, "Zvezda” media qrupuna məxsus "Zvezda” kanalı RusiyaMüdafiə Nazirliyinin rəsmi telekanalıdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az