"Rusiya muzdlulara Zelenskini öldürməyi əmr edib" - The Times


Kiyevdə 400-dən çox Kreml muzdlusu fəaliyyət göstərir, onların məqsədi Ukrayna prezidenti Vladimir Zelenskini, Nazirlər Kabinetinin üzvlərini öldürmək və şəhərin Rusiya Federasiyasının nəzarətinə keçməsi üçün zəmin hazırlamaqdır. 

"Unikal" xəbər verir ki, bu barədə "The Times"ın məqaləsində deyilir.

Nəşr iddia edir ki, bir aydan bir qədər əvvəl PMC Wagner Ukrayna hökumətini məhv etmək üçün Afrikadan döyüşçülər göndərib.

Nəşrin yazdığına görə, beş həftə əvvəl  Rusiya prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən birinin idarə etdiyi PMC Wagner Afrikadan muzdlu əsgərləri "yüksək maliyyə mükafatı müqabilində Zelenski hökumətini məhv etmək” missiyasına göndərib.

Bildirilib ki, bundan sonra şəhəri rus diversantlarından təmizləmək üçün Kiyevdə 36 saatlıq komendant saatı elan edilib. Kiyev meri Volodimir Kliçko dinc əhaliyə xəbərdarlıq edib ki, küçələrə çıxmasınlar, əks halda onlar diversant sayılacaq və məhv olmaq riski var.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az