Rusiya səfirinin cənazəsi Moskvaya gətirildi

Rusiya səfirinin cənazəsi Moskvaya gətirildi
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsini gətirən təyyarə Moskvanın "Vnukovo" hava limanında eniş edib.

Karlovun həyat yoldaşı da təyyarənin göyərtəsində olub. Onu həkim və Rusiya FHN-in psixoloqu müşayiət edirlər. Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun da təyyarəni qarşılayanlar arasında olduğu bildirilir.

Xatırladaq ki, hadisə ötən gün Ankarada keçirilən fotosərgi zamanı baş verib. Səfiri qətlə yetirən şəxs polis olub. Rəsmi Moskva hadisəni terror aktı kimi qiymətləndirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az