Rusiya tərəfindən hücum bu haqda danışmağa əsas verir

Rusiya tərəfindən hücum bu haqda danışmağa əsas verir

"Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları”nın təyyarənin Qroznı üzərində qəzaya uğramasının ilkin versiyalardan biri də məhz kənar müdaxilələrin olması idi.”

Bunu Gununsesi.info -ya Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat vurğulayıb ki, sərnişin təyyarəsinin Rusiyanın "Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalması bu gün bu haqda danışmağa əsas verir.

"Bütün məlumatlar təşkil olunmuş komissayaniın rəyi ilə veriləcəkdir. Artıq  Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb.

Bütün bunlar araşdırılacaq kriminalistik və ballistik ekspertizaya rəyi olacaq. Əgər hansısa sərnişində qəlpə yarası və yaxud buna bənzər varsa bunların hamısı aydınlaşdırılmalıdır.

Bir daha qeyd edirəm ki, bu gün əsas versiyalardan biri elə məhz Rusiya səmasında olan müdaxilədir”– deyə deputat əlavə edib.

 

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 39 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Qeyd edək ki, "Euronews”  Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən təyyarənin Aktau yaxınlığında Rusiyaya məxsus raketlə vurulduğunu qeyd edib.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az