Rusiyada azərbaycanlı avtoritet öldü – Yerinə keçəcək namizədlər

Rusiyada azərbaycanlı avtoritet öldü – Yerinə keçəcək namizədlər
Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski) 67 yaşında Rusiyada dünyasını dəyişib.

"Qafqazinfo” Rusiya KİV-nə istinadla xəbər verir ki, əsasən Sverdlovsk əyalətinə nəzarət edən və "Lotu Quli”nin (Nadir Səlifov) adamı kimi tanınan "vor-zakon”un nəşi qohumları tərəfindən Azərbayana gətirilib və burada dəfn olunub.
Vaqif Kamışlovski uzun müddətdir səhhəti ilə bağlı problem yaşayırdı və kriminal aləmdən, demək olar ki, getmişdi. Heç kimi tanımayan kriminal avtoritetin sağalacağına ümid edən qohumları onun xaricdə müalicəsi üçün pul da yığıblar.
Hazırda Sverdlovsk əyaləti yeni "nəzarətçi”sini gözləyir. Kamışlovskinin yerinə iddialı namizədlər Andrey Vorotnikov, Ağayar Ağayev, Nadir Səlifov və Qiya Sverdlovskidir.
Hələ aprelin ortalarında Kamışlovskinin öz səlahiyyətlərini Andrey Vorotnikova təhvil verməsi üçün hazırlanan "yığıncaq” hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb.
9a38325543ce0a10296f16a4434f9ba0
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az