Rusiyada azərbaycanlılara qarşı əməliyyat

Rusiyada azərbaycanlılara qarşı əməliyyat
Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib.

Miq.az Modern.az-a istinadla xəbər verir ki, Rusiya Milli Qvardiyasının əsgərləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.

Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli içki məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib.

Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az