Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni AÇIQLAMA

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni AÇIQLAMA

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatın təhlükəsizliyini, "Laçın dəhlizi” boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.
 
Miq.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb",-deyə məlumatda bildirilir.
 
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri və mümkün hücumun qarşısını almaq üçün təlimlər keçirir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az