“Rusiyanı hərbi yolla məhv etmək istəyirlər” - Şok iddia

“Rusiyanı hərbi yolla məhv etmək istəyirlər” - Şok iddia

"ABŞ və NATO Rusiyanı hərbi yolla məhv etməyə çalışır, Putinə tam dəstək verirəm”.

Teleqraf.com xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro Ukrayna və Rusiya arasındakı böhranla bağlı açıqlama verib.

Rusiya Prezidenti Vladimir Putini dəstəklədiyini bildirən Maduro söyləyib:

"Rusiya və Ukrayna arasında baş verənləri izləyirik. Amma təkcə hazırda yox, ABŞ və NATO uzun müddətdir Rusiyanı hərbi yolla məhv etmək, onu dayandırmaq və çoxqütblü dünya nizamına son qoymaq istəyir. Venesuela həmişə Putinin və Rusiyanın yanında olacaq. Prezident Putinə tam dəstək, Rusiyaya tam dəstək”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az