Rusiyanın əsas hədəfi Zelenskini məhv etməkdir - Şok məlumat

Rusiyanın əsas hədəfi Zelenskini məhv etməkdir - Şok məlumat

Zelenskinin məhv edilməsi Rusiya xüsusi əməliyyatının yeganə məqsədidir.

Miq.Az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəsmisi Mixail Podoliak deyib.

O, Prezident Zelenskinin öldürülməsini Rusiyanın hücumunun əsas hədəfi adlandırıb.

Podoliak keçirdiyi brifinqdə bildirib ki, Rusiya Vladimir Zelenskini məhv etmək istəyir.

"Bu gün demək istədiyim əsas şey artıq aydın olan ssenaridir, Rusiya Federasiyasının xüsusi əməliyyatının əsas, fundamental ssenarisi və məqsəd Kiyevə çatıb Ukrayna rəhbərliyini məhv etmək, prezident Vladimir Zelenskini şəxsən zərərsizləşdirməkdir”,- Mixail Podolyak bildirib.

Xatırladaq ki, Zelenski bundan əvvəl Rusiya qoşunları üçün bir nömrəli hədəf özü, ikinci hədəfin ailəsi olduğunu açıqlamış və ailəsi ilə birlikdə Kiyevdə qaldığını bildirmişdi.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az