Rusiyanın Türkiyə ilə yaxınlaşması Qarabağ məsələsinə necə təsir edəcək?

Rusiyanın Türkiyə ilə yaxınlaşması Qarabağ məsələsinə necə təsir edəcək?
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müvafiq formatlar mövcuddur".

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Krımda keçirdiyi brifinqdə deyib.

O, "Türkiyə ilə Rusiyanın yaxınlaşmanın Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?" sualına belə cavab verib: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müvafiq formatlar - Minsk qrupu, bizim Ermənistan və Azərbaycanla birbaşa dialoqumuz, Rusiya prezidentinin hər iki ölkə prezidentləri ilə keçirdiyi yüksək səviyyəli görüşlər mövcuddur", - deyə Zaxarova vurğulayıb.

Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana işgüzar səfərə gələcəyini də qeyd edib. /Anspress.com/

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az