Rusiyaya qarşı şok sankisyalar: Bayden imzaladı

Rusiyaya  qarşı şok sankisyalar: Bayden imzaladı

"Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”.

Miq.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden özünün "Twitter”dəki hesabında yazıb.

"Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, – Ağ Ev rəhbəri əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu "respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az