Rusiyaya qarşı yeni sanksiyalar təklif edildi: Peyk yayımı dayandırılsın

Rusiyaya qarşı yeni sanksiyalar təklif edildi: Peyk yayımı dayandırılsın

"Peyk yayımı Rusiyaya qarşı növbəti sanksiyalar paketinə daxil edilməlidir”.
 
Bu fikir Avropa Parlamentinin 39 deputatdan ibarət qrupu tərəfindən irəli sürülüb. 
 
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelə ünvanlanmış məktubda bildirilir.
 
Bu ilin martında Avropa İttifaqı öz ərazisində Rusiyanın RT kanalının yayımını və "Sputnik” agentliyinin fəaliyyətini qadağan edib. Eyni zamanda müraciət müəllifləri qeyd ediblər ki, Fransanın "Eutelsat” peyk operatoru və Lüksemburq SES onlara Avropa İttifaqı, Rusiya, Afrika və Ukraynada yayım xidmətləri göstərməkdə davam edib.
 
"Təəssüf ki, mövcud qanunvericilik bazası və Şuranın qərarları Aİ-də yayımlanan bütün Rusiya kanallarına qadağa qoyulması üçün kifayət qədər hüquqi əsas vermir”, - deyə müraciətin mətnində bildirilib.
 
Məktubun müəllifləri təklif ediblər ki, növbəti sanksiyalar paketinə Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yayan Rusiya telekanallarının və radiostansiyalarının yayımına tam qadağa qoyulması daxil 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az