Ruslan Dadaşov keçmiş nazirə TUTARLI CAVAB yazdı
"Mənim alim olmamağımda müqəssir islam dini yox, maliyyə naziri işləmiş. Saleh Məmmədovdur."
Son zamanlar mətbuatda islam dininin elm üçün maneə olduğu haqqında yazılar yazan keçmiş maliyyə naziri Saleh Məmmədova cavab olaraq yazıram bu yazını.
Allah tərəfindən Məhəmməd peyğəmbərə endirilən ilk hökm oxumağa hansı əhəmiyyətin verildiyinin bariz nümunəsidir: -Yaradan Rəbbinin adı ilə oxu. Oxu, Rəbbin ən böyük kərəm sahibidir. O ki, yazmağı öyrətdi. İnsana bilmədiyini öyrətdi"(Əl-Əlaq1,3,4,5). Quranda başqa bir surədə deyilir: "De ki, bilənlərlə bilməyənlər bir olarmı?"(Zümər,9).Quran kitabında elmi tərəqqi və bəşəri kəşflərlə işıq tutan kifayət qədər ayə var. Bunlar müqəddəs kitabımızın istiqbala daim bir yol göstəricisi olmasını tez-tez bəşər övladına xatırladır. Məhəmməd peyğəmbər hədislərinin birində buyurur: "Hər şeyin bir yolu var. Cənnətin yolu elmdir. Quran kitabında kifayət qədər elm və elmi həqiqətlər vardır. Dünyanın dönməsi, yerin kürə şəklində olması, su və həyat, küləyim sirləri, dəniz sularının bir- birinə qarışmaması, planetlərarası dövr, yağışın ölçü və nizamla yağması, yerin və göyün qaz halında olması, yer üzündə olan tarazlıq Quran kitabında elmin hələ sübut etmədiyi kəşflər idi. "Elmsiz əməl edənin ziyanı xeyrindən çox olar" deyən də İslam Peyğəmbəri olmuşdur. Peyğəmbər daha sonra buyurur ki,elm öyrənmək hər bir müsəlmana vacibdir və Allah elm öyrənənləri seçir. İmam Əli elm öyrənənləri və sonra ona əməl etməyin dinin kamilliyi üçün vacıb şərt sayır, elm toplamağı var-dövlət toplamaqdan zəruri hesab edir. Peyğəmbərimizin qurduğu islam cəmiyyətində isə böyük bir savadlanma hərəkatı başlanılmış, məktəblər açılmışdır. Bədr döyüşündə ələ keçirilmiş düşmən əsirlərinin hər birinin on müsəlman uşağa yazıb-oxumaq öyrətmək müqabilində azad edibmişlər. İslam dininə görə insan ya alim olmalı, ya da daim elmlə, öyrənməkıə məşğul olmalıdır. Bu işdə durğunluq və passivlik yolverilməzdir. İmam Sadiqin bölgüsündə insanlar üç qismə ayrılırlar: alim, öyrənci və cu üzərində köpük.
İmam Əli də insanları oxşar qismlərə bölərək buyurur: "İnsanlar üç qismdirlər: ilahi alim, qurtuluş yolunda olan öyrənci və faydasız nadanlar. Sonuncular hər çağıranın arxasınca gedər, hər gülənlə bir tərəfdə əylənərlər, elm nurundan işıq götürməyib və möhkəm dayağa söykənməyiblər. Dini ədəbiyyatda alim şəhiddən və abiddən üstün tütülur. İmam Bağır isə buyurur ki, elmsiz cihad və şəhadət əslində qətl və intihar, elmsiz ibadət də əslində xurafat ola bilər. Daha sonra imam Bağır buyurub: "Cəmiyyətdə faydalı bir alim yetmiş min abiddən üstündür. İmam Sadiq isə "hətta dəryanın dibinə qərq olmaqla olsa belə elm öyrənin" buyurmuşdur.
Elm ilə bağlı dində kifayət qədər ayə, hədis və töfsiyələr vardır. Səlib yürüşlərinə qədər islam aləmi elmi inkişaf dövrünün çiçəklənən zamanını yaşamışdır. Hicri- qəməri tarixi ilə 215- ci ildə Bağdad şəhərində Abbası xəlifəsi Məmun tərəfindən bir çox rəsədxana böyük kitabxanaya malik olan "Beytül Hikmət" adlı elmi mərkəz təsis edilmişdir. Məmun bunun üçün 200 min dinar pul sərf etmiş və orada müsəlmanların elmi əsərlərini başqa dillərə tərcümə etmək üçün bir çox alimləri toplamışdır. Doktor Qustav Loven deyirdi: "Kitab və kitabxanaların Avropa xalqları nəzərində heç bir dəyəri olmadığı və bütün kilsə və monastırlarda cəmi 500 cild kitab mövcud olduğu dövrdə islam ölkələrində kifayət qədər kitabxanalar var idi. Bağdaddakı "Beytül Hikmət" kitabxanasında 4 milyon kitab, Qahirədəki " Səltənət" kitabxanasında 3 milyon kitab, Şamdakı "Trablos" kitabxanasında 3 milyon kitab mövcud olmuşdur. O dövrdə müsəlmanların, Əndəlus Əməvilərinin əlində olan İspaniyada təkcə bir ildə 80 min cildə yaxın kitab mövcud olmuşdur. Müstənsiriyyə şəhərində cox böyük və əzəmətli binası olan universitet olmuşdur. İstanbulda 80- dan artıq kitabxana mövcud olmuşdur ki, bunlarda on minlərlə kitab toplanmışdır. Müsəlmanların müxtəlif elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi islam fəthləri zamanı tutduqları hər bir şəhərdə birinci olaraq məscid və mədrəsələr inşa etmək olmuşdur. Avropada, xristian dünyasında kitabxanaların yandırılma ənənəsi, alimlərin odda yandırılma ənənəsi islam dinində olmamışdır. İslam dini həmişə elmə töhfə vermişdir. Müsəlmanların dini kitabı Quran kitabı birbaşa elmı təşviq edir və elmə yol göstərir. Çünki cəmiyyəti ancaq yaxşı təhsil almış, yüksək keyfiyyətli mədəni insanlar irəli apara bilər. Müsəlmanlar isə bunun üçün dua edirlər:- Rəbbim, elmimi artır! ( Taha surəsi,114). Bu gün Sizin elmə qarşı islamı ittiham etməyiniz sadəcə gülünc və professor adına yaraşmayan bir haldır. Məhz müsəlmanlar arasında sizin seyr etdiyiniz bü günkü elmi savad zəifliyinin bir səbəbi müsəlman cəmiyyətində sizin kimi düşünən professorların olmasıdır. Digər səbəb isə səlib yürüşlərindən sonra müsəlman dünyasında elmə, təhsilə münasibəti görüb, gedib öz yerlərində onu tətbiq edib, özlərinə örnək edib inkişaf ediblər, müsəlmanlara isə tədricən özlərinin keçmiş həyat tərzlərinini aşılamaq ilə geri saxlamışlar. Bundan əlavə səlib yürüşlərindən sonra müsəlman torpaqlarında daim təfriqə, nifaq salmaq, müharibələr aparmaq ilə də geriyə salmışlar. Hətta utanmadan ərəb ölkələrində Osmanlı sultanlarına qarşı üsyanlar qaldırmlş və müsəlman ərəbə müsəlman osmanlıdan qurtulduqlarını- sizi kafirlərdən xilas etdik demişlər.
Baxın Saleh Məmmədov, budur problem! Digər problemi özünüzdə axtarın. Siz Maliyyə Naziri olmusunuz. Sizin nazir olduğunuz dövrdə mən tələbə olmuşam. Tələbə təqaüdüm indiki pul ilə 3.2 manat təşkil edirdi. Bir dəfə universitetdə Alma xalanın işlədiyi bufetə gedəndə 1 çaynik çay, 1 ədəd snikers, bir də Alma xalanın xidmət haqqısı edirdi. Demək mənim alim olmamağımda müqəssir islam dini yox, maliyyə naziri işləmiş. Saleh Məmmədovdur. Bizdə məsəl var, sabahı sabah yox, bu gün qorumaq lazımdır. Yazınızda Rayt qardaşları və keşiş atalarından sitat gətirirsiniz. Yazırsınız ki, keşiş atanın dini düşüncəsinə rəğmən Rayt qardaşları təyyarəni icad etmişlər. Yanılırsınız professor təyyarə, uçma haqqında icad Rayt qardaşlarından min il əvbəl 852- ci ildə Abbas bin Firnas tərəfindən kəşf edilmişdir. Kardobadakı Caminin minarəsindən taxdadan düzəldilmiş qanadlarla icmağa cəhd göstərmişdir. Uça bilməmiş, amma taxta qanadların yaratdığı paraşut təsiri sayəsində xəfif bir şəkildə yerə düşmüşdür. Onun kəşfinin bir nöqsanı var idi, quyruq hissəsinin dizaynı olmamışdır. Rəngsiz şüşə, su saatı, eynək linzaları kimi ixtiralar ona məxsusdur. Dünyada ilk dəfə işığın gözün içinə girərək qırılması nəticəsində görmənin mümkün olmasını X əsrdə yaşamış müsəlman alim İbn Haytam sübut etmişdir. Mayelərin müxtəlif qaynama dərəcələrinə əsasən fərqləndirmə də ilk dəfə müsəlman alim Cabir ibn Hayyan tərəfindən kəşf edilmişdir. İlk kimya kitabının müəllifi distillə, kristallaşma, ərimə, analiz və reaksiya kimi anlayışları ilk dəfə elmi şəkildə xəbər verən məhz Cabir olmuşdur. Düz hərəkəti dönən hərəkətə çevirən mil sistemi də ilk dəfə ıslam alimi Əl Cəziri tərəfindən inkişaf etdirilmiş və daxili qığılcımla mühərrikin icadına qədər dünyadakı mexaniki sistemlərin təməl prinsiplərini təmin etmişdir. O həmçinin fil saatını kəşf etmişdir. Hal- hazırda dünyada istifadə olunan cərrahiyyə alətlərinin hamısının dizaynı Əndəlus Əməvilərindən Əl Zəhraviyə aiddir. Onun tibb elminə bəxş etdiyi neştər, sümük kəsən mişar, göz əməliyatının pensetlərinin də daxil olduğu 200 cərrah aləti müasir tibfə istifadə edilməkdədir. Heyvan bağırsaqlarından hazırlanmış iplə həyata keçirilən tibbi əməliyyat tikişlərinin öz-özünə yox olduğunu da Əl Zəhravi kəşf etmişdir. Hemofikiyanın irsi olması ideyasını irəli sürmüşdür.
Cərrahi əməliyyat zamanı termokoaqulyasiyaya və damarların liqatiraya alınması metodu da ona məxsusdur. Bundan əlavə ilk vaksini, ilk mürəkkəb qələmi, ilk bank çekini, ilk yel dəyirmanını da müsəlmanlar icad etmişlər. Cəbrin əsasını Məhəmməd Xarəzmi qoymuşdur. Əl uqlidsi adlı riyaziyyatçı alim 950- ci ildə yazdığı bir əsərində onluq kəsr təlimlərinin əsaslarını verəndən 635 il sonra Hollandiya riyaziyyatçısı Stein onluq kəsri elmə gətirib. Alman alimi Martin Bayahdan 226 il əvvəl olk coğrafiya qlobusu Mağara rəsədxanasında mühəndis Kəriməddin Səlması tərəfindən 1266- cı ildə hazırlanmışdır. Kopernikdən 500 il əvvəl Biruni dünyanın günəş ətrafında fırlandığını bildirmişdir. Bundan başqa islam dünyasının İbn Sina, Həsən İbn Neysəm, Zəkıriyyə Razı Əndəlosi, Əbbas İrani, Əki İbn Rizvan Misrı, İbn Bətlan Bağdadı, Əbu Mənsur Herati, İbn Vəfid İspaniyayi, Masəviyyə Bağdadi, Əli İbn İsa Bağdadi, Əmmar Mosuli, İbn Rüşd Əndəlosi, Əbül Qets Əndəlosi, İbn Noğək( coğrafiyaşünas) və başqaları kimi tanınmış elm adamları olmuşdur.
Baxın, Saleh Məmmədov, bu nəhəngləri islam dünyası yetişdirmişdir, islamın elmə verdiyi stimul yetişdirmişdir. Yaponiya kimi ölkənin inkişafında əsas maliyyə məsələsi rol oynamışdır. II dünya müharibəsinə qədər hərbiləşmiş Yaponiya, II dünya müharibəsində iki atom bombasının zərbəsi ilə bərabər məğlubiyyət zərbəsi də almışdır. Müharibədən sonra yağmalanan Yaponiya ölkənin düşdüyü mövcüd durimdan çıxış yolunu təhsildə və elmdə görür və çətin vəziyyətə baxmayaraq, öz dini və tarixi fəlsəfələrini ittiham etmədən büdcənin 60 faizini təhsilə yönəltməklə böyük inkişaf keçdilər. Həmçinin də digər sadaladığınız ölkələr. Bu gün Türkitə,İran kimi müsəlman ölkələri də bu sahədə qismən uğur qazana bilmişlər. Bizim isə uğur qazana bilməməyimizin ən böyük səbəbi sizsiniz. Çünki siz maliyyə naziri işləyəndə bu sahədə nəinki addım atmamısınız, heç təşəbbüs belə göstərməmisiniz. Təməlsiz daş bietibar olur. Məhz dövlət qurulanda siz etmədiyinizi, sizin sələfləriniz də etmir. Çünki təməli siz qoymusunuz, o da etibarsızdır.
Ruslan Dadaşov
Miq.Az