Ruslar özlərini türklərlə müqayisə etdilər: “Bizimkilər daha yaxşıdır”

Ruslar özlərini türklərlə müqayisə etdilər: “Bizimkilər daha yaxşıdır”

"Rusiyada inkişaf etdirilən pilotsuz uçan aparatlar (PUA) Türkiyədə istehsal olunan "Bayraktar” PUA-larından daha yaxşıdır”.

Miq.Az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Yuri Borisov deyib.

O iddia edib ki, Rusiya PUA-ları eyni texniki xüsusiyyətlərə malik olmalarına baxmayaraq, "Bayraktar”larından daha yüksək performansa malikdir.

Rusiyanın PUA bazarına gec girdiyini bildirən Borisov İsrail, ABŞ və Çin istehsalçılarının daxil olduğu qlobal dron bazarının son dərəcə rəqabətli olduğunu bildirib.

O əlavə edib ki, Rusiya tezliklə PUA ixracatçıları siyahısına qoşulacaq.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az