Rövnəq Abdullayev: "Azərbaycanda benzin çox ucuzdur"

Rövnəq Abdullayev:
"Azərbaycanda benzin çox ucuzdur". Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: "Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki, benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxtı SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyat edib. Buna görə də biz hökumətdən xahiş etdik və 30 min tona yaxın benzin gətirdik. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədəki benzinə olan tələbatı tam ödədik. Əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub". (APA)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az