Saatlar geri çəkiləcək
2015-ci il oktyabrın 24-dən 25-nə keçən gecə Azərbaycan Respublikasının
ərazisində saatların əqrəbi bir saat geri çəkilməklə qış vaxtına
keçiləcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Modern.az saytına Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr
ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı
ləğv edilir, qış vaxtı tətbiq olunur. Hər il mart ayının son bazar günü
isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtına keçid edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.