Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


İyunun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 16-20° isti, gündüz 24-28° isti, Bakıda gecə  17-19° isti, gündüz  26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 civə sütununadək yüksələcək. Nisbi rütubət  70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

İyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az