ŞAD XƏBƏR: Azərbaycanda bütün qadağalar bu tarixdə yekunlaşacaq

ŞAD XƏBƏR: Azərbaycanda bütün qadağalar bu tarixdə yekunlaşacaq

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Bakı metrosu fəaliyyətə başlayacaq. Qeyd edək ki, karantin rejimində mərhələli yumşalmalar davam edir. Bu gün hər kəsi maraqlandıran məsələ qadağaların nə zaman bitəcəyidir. Azərbaycanda bütün qadağaların nə zaman yekunlaşması gözlənilir?

Bununla bağlı KONKRET.az–ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, karantin rejimində yumşalmalar davam edəcək, sosial həyatın bütün sahələri fəaliyyət göstərəcək:

"Amma karantin rejiminə son qoymaq Ümumdünya Səhiyyə Təşkilatının rəyindən asılıdır. Yəni bu qurum məsələyə o zaman son qoyacaq ki, artıq dövlətlərdə pandemiyanın sona yetməsi ilə bağlı yekun fikir olacaq. Mən hesab edirəm ki, dekabrda bu məsələ yekunlaşmalıdır. İşi ağırlaşdıran məsələ payız fəslində soyuqdəymə xəstəliklərinin artmasıdır. Təbii ki, bu da ümumi statistikaya təsir edir. Ondan sonrakı dövrdə biz yavaş-yavaş qadağalarla vidalaşacağıq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az