Şagirdlərin saçını kəsən müavin işdən çıxarıldı

Şagirdlərin saçını kəsən müavin işdən çıxarıldı
Tovuz Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb.
 
Miq.az xəbər verir ki, bu barədə Axar.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat veriblər.
 
"Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Belə ki, həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib. Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülərək, o, bu gün tutduğu vəzifədən azad edilib”.
 
Qeyd edək ki, Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb. 

 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az