Sahib Kərimli Milli Şuradan çıxarıldı

Sahib Kərimli Milli Şuradan çıxarıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan xaric edilib.

Bu barədə qərar Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında qəbul olunub.
Onun Milli Şuradan çıxarılmasına səbəb keçirilən mitinqlərin əleyhinə təbliğat aparması olub.

Qeyd edək ki, S.Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. O, AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub, qurultayda partiya sədrliyinə namizədliyini irəli sürüb. /Report.az/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az