Samiranın boşanma xəbəri yayıldı
Müğənni Samira Allahverdinin boşanma xəbəri yayılıb.
Miq.az Axşam.az-ın məlumatına istinad edərək bildirir ki, sənətçinin məhkəməyə belə müraciət etdiyi deyilib.
Məsələ ilə bağlı S.Allahverdinin köməkçisi Cabir İbrahim açıqlama verib:
"Yalan, boş söhbətlərdir. Samira xanımla həyat yoldaşı arasında hər şey qaydasındadır. Hətta xəbər yayıblar ki, guya Samira xanım məhkəməyə boşanma ərizəsi verib. Niyə belə yalanlar uydururlar bilmirik".
Qeyd edək ki, S.Allahverdi Valeh adlı şəxslə ailəlidir. Cütlüyün iki övladı var.
Miq.az