Sarkisyan vəzifədən gedir - Yeni prezident bu adam olacaq

Sarkisyan vəzifədən gedir - Yeni prezident bu adam olacaq

Bu barədə "Jamanak” erməni qəzeti yazır

Ermənistan prezidenti Serj Sarkisyan prezident postunu Konstitusiya məhkəməsinin sədri Qaqik Arutyunyana ötürmək niyyətindədir.

İstiPress-in məlumatına görə, bu barədə "Jamanak” erməni qəzeti yazır.

Qəzet yazır ki, Qaqik Arutyunyan 2004 və 2008-ci illərdə Robert Köçəryan və Serj Sarkisyana böyük xidmətlər göstərib.

"Bununla yanaşı, o, "Ayastan” fonduna böyük töhfələr verib. Diasporda isə onu gözdən salınmış məmur hesb edirlər. Beləliklə, gələn il Qaqik Arutyunyan 70 yaşı tamam olacaq və o, Konstitusiya məhkəməsi sədrliyindən istefa verəcək. Serj sarkisyan isə ona prezidentlik postunda əyləşməyi təklif edəcək”, - deyə erməni qəzet yazır.

"Jamanak” eyni zamanda qeyd edir ki, Qaqik Arutyunyan yeganə siyasətçidir ki, parlament problemsiz bu vəzifəyə onu seçəcək.

Bundan başqa, qəzet yazır ki, Ermənistanın baş naziri Karen Karapetyan Moskvanın göstərişi ilə bir sıra media orqanlarını bağlayır. Belə ki, həmin KİV-lər Rusiyanı sərt tənqid atəşinə tutur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az