Sarkozi Getdi,Yaşasın Karlo

Sarkozi Getdi,Yaşasın Karlo

Zahid Oruc

Fransaya rəhbərliyinin ikinci ilində şəxsi həyatında köklü dəyişiliklər edən Sarkozi hələ də siyasi uğusuzluq zolağından çıxa bilmir.Sələfləri içərisində prezidentliyinin başlanğıcında ən aşağı reytinqə məruz qaldıqdan sonra təxmin etmək çətin deyildi ki,onun gələcək siyasi aqibəti həll olunub.Fransa kimi dərin dövlətçilk ənənələrinə mailk olan bir ölkədə belə xarakter tipinin irəliyə çıxması çoxlarına qəribə gəlmişdi.Lakin de Qol şəxsiyyəti sonrakı dövrdə elə hücumlar görmüşdü ki,cəmiyyət üçün siyasi kimliklərə qiymət meyarları xeyli redaktəyə məruz qalmışdı.Ona görə də ən bədbin gələcək axtarışında Sarkozi artistizmi rolu uğurla ifa edərək ictimai rəğbəti özünə yönəltmişdi.

Lakin 2-ci prezidentliyi heç bir vasitə ilə qazanmaq mümkün olmadı.Nə sərt miqrasiya siyasəti,nə hicab qalmaqalı,nə də Avropa Birliyindən çıxmaq barədə mesajlar onun obrazını orta statistik fransızlının gözündə dəyişmədi.Biz ona qiyməti bədnam soyqırım aktına görə vermirik.

Ancaq həmin hadisələr zamanı onun bir fikri xeyli rezonans doğurmuşdu:”İslam dəyərləri ilə Respublika quruluşunu toqquşdurmaq olmaz”.Bu bizim üçün də aktual problemdir.

Seçkilərdə məğlubiyyət,ardınca evində və ofisində aparılan axtarışlar sübut etdi ki,Qəzzafinin ruhu onu bağışlamayıb.2007-ci ildə seçki kampaniyasına Liviya Cümhuriyyətinin başçısından aldığı 50 milyon yardımla yanaşı,məşhur Loreal şirkətinin 50 min avrosunun da hesabını verməli oldu.

İndi Sarkozi sadə vətəndaş,keçmişdə açdığı vəkil kontorunun başçısıdır. Cəmi bir neçə il öncə dövlət rəhbəri kim xalqının təhlükəsizliyini qoruduğu halda indi bu müdafiəni kiçik bir çərçivədə həyata keçirməli olacaq.Lakin həyat yoldaşı əmin edir ki,”O, qayıdacaq”.Buna inanmayanlar az qala bütün Fransa xalqı olsa da,insanlar bu məhşur qadının musiqi albomlarından istifadəyə davam edirlər.

Lakin onun siyasətə “əlvida” deməsi partiyası üçün də düşərsiz oldu.Dünən yeni sədr seçkisi ilə 300 min insanın səsverməsini keçirən hər iki namizəd özünü Xalq Uğrunda İttifaqın başçısı sayır.Saxtalaşdırma haqda bəyanatlar səngimir.Belə görünür ki, onun məğlubiyyəti silahdaşlarını da özünüsəfərbərliyə imkan vermir.Müxalif partiyanın iki başçısı var.

Sarkozi isə rahatdır.Siyasi uğursuzluq fonunda yeni bir qız övladı.Bu artıq başqa Sarkozidir.Fransızların 7-ci Karldan bu yana sevərək söylədiyi fraza indi nəinki Sarkozi,elə yeni prezident Oland üçün də doğrudur:”Kral öldü.Yaşasın kral”!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az