Türkiyənin Karaman əyalətində Kömür mədənində baş verən qəza zamanı şaxtada qalan 18 fəhləni hələ də xilas etmək mümkün olmayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə xilasetmə əməliyyatları davam edir və şaxtada suyun səviyyəsinin artmasının qarşısı alınıb. Nazir bildirib ki, qəza zmanı şaxtaya təxminən 11 min ton su dolub. Suyun çəkilməsi üçün 3 nasos quraşdırılıb. Onalrın da hər biri i1ə saatda 200 ton su çəkmək mümkündü.

İlkin məlumata görə, ötən gün Karaman əyaləti, Ermenek şəhəri yaxınlığında yerləşən kömür mədənində uçqun baş verib. Qəza nəticəsində su borusu zədələnib, nəticədə şaxtanın 50 m hissəsi su altında qalıb. Hadisə zamanı şaxtada 40-dək fəhlə olub, onların əksəriyyəti xilas ola bilib.


Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib