Səbailli gənclərin möhtəşəm bayramları keçirilib

Səbailli gənclərin möhtəşəm bayramları keçirilib

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olub və hazırda günü gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanıb, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilib. 


Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıgının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu. 2011-ci  ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Burada hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və onun rəhbəri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var. Keçən il keçirilən «Avroviziya» mahnı müsabiqəsinin, həmçinin 2015-ci ildə Bakıda keçəriləcək ilk Avropa Olimpiya Oyunlarının təşkilat komitəsinə Heydər Əliyev Fondunun rəhbəri  Mehriban xanım Əliyevanın təyin olunması fondun ölkənin ictimai-siyasi həyatındakı rolunu aydın əks etdirir. Heydər Əliyev Fondu gəncləri, onların qayğılarını  hər zaman diqqət mərkəzində saxlayır.
Şəhərimizin gözəl məkanlardan birinə çevrilən Dövlət Bayrağı Meydanındakı «Cristall-Hall»-da Səbail rayon gənclərinin 2 Fevral – Gənclər Gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilib. Gənclər balına  rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqlar dəvət olunub.


Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürə, düşünmə qabiliyyətinə və inadkarlığa malik olması lazımdı. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir.


Qeyd olundu ki, Səbail rayon əhalisinin təqribən 21,5 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb. Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışdı, gənclərimizi bayram münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olundu. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az