Səfir “bozqurd” işarəsinə görə XİN-ə çağırıldı

Səfir “bozqurd” işarəsinə görə XİN-ə çağırıldı
Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Der Spiegel” jurnalı yayıb. 

Bildirilir ki, buna səbəb AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında türkiyəli futbolçu Merih Demiralın "bozqurd” işarəsi göstərməsi olub. 

Məlumata görə, səfir sözügedən məsələnin müzakirə edilməsi üçün nazirliyə çağırılıb.

Xatırladaq ki, UEFA Merih Demiralı həmin qol sevincinə görə cəzalandıra bilər. Belə ki, M.Demiral qol sevincini "bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az