Şəhərin mərkəzində canavar gəzdirir - Azərbaycanda + VİDEO

Şəhərin mərkəzində canavar gəzdirir - Azərbaycanda + VİDEO

İnsan həyatı üçün təhlükəli hesab edilən heyvanı saxlayır. Özü də şəhərin mərkəzində, insanların sıx olduğu yerə çıxardaraq, bu heyvanı gəzdirir.

Miq.Az bildirir ki, görüntülər Abşeron rayonu Xırdalan şəhərində bir vətəndaş tərəfindən qeydə alınıb. Kadrlardan görünür ki, vətəndaş canavar saxlayır və onu bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir. Sonra isə sanki it gəzdirirmiş kimi canavarıda gəzdirməyə başlayır.

Məsələ burasındadır ki, bu heyvanın ağzında qoruyucu olmasına baxmayaraq hər an vətəndaşın əlindən çıxa və insanlara xəsarət yetirə bilər. Bəs canavarın saxlanılması ümumiyyətlə insanlar arasında çıxardılaraq gəzdirilməsi qanunla qadağandırmı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki, Avropada vəhşi təbiətin qorunması haqqında Berlin kovensiyasısına Azərbaycanda qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağan edilib.

Bununla yanaşı, həmin heyvan vətəndaşdan alınmaqla təbiətə buraxılır. Raqum Mirzəyev bildirdi ki, bu məsələ nazirlik tərəfindən araşdırlıacaq. Həmin vətəndaşın heyvanı necə əldə etməsi və saxlamasından asılı olaraq onun barəsində müvafiq inzibati tədbir görüləcək. /xezerxeber.az
[video=http:// ]
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az