Şəhid ailəsindən PREZİDENTƏ-MÜRACİƏT
Xoçalı rayonundan məcburi köçkün mərhum Novruzov Əsəddin Curu oğlunun həyat yoldaşı Novruzova Şamaxı Təhməz qızı tərəfindən Miq.Az-a daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ
SÜRƏTİ:
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI
HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA
AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ
FİKRƏT MƏMMƏDOVA.
ALİ MƏHKƏMƏNİN SƏDRİ.
RAMİZ RZAYEVƏ
MALİYYƏ NAZİRLİYİNƏ
MALİYYƏ NƏZARƏT PALATASINA
BİNƏQƏDİ RAYON İCRA ŞÖBƏSİNƏ
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SIĞORTA KOMMERSİYA ŞİRKƏTİNİN SƏDRİ
CƏNAB MƏMMƏD MƏMMƏDOVA
Xoçalı rayonundan məcburi köçkün, mərhum Novruzov Əsəddin Curu oğlunun həyat yoldaşı Novruzova Şamaxı Təhməz qızı tərəfindən
Ə r i z ə
Hörmətli Cənab Prezident!
2014-cü ildən etibarən müraciətimə baxılmır, bildirmək istəyirəm ki, həyat yoldaşım 12 mart 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin dəfələrlə Dövlət Komersiya Sığorta şirkətindən mərhum həyat yoldaşımın varisi kimi mənə 11000 manat sığorta ödənişi edilməsi barədə müraciətimə baxılmamışdır. Sonda məcbur qalıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim, 03 aprel 2014-cü il tarixdə Binəqədi rayon Məhkəməsi Qətnamə qəbul etdu ki, 11000 manat Dövlət Komersiya Sığorta şirkəti tərəfindən sığorta ödənişi verilsin və Qətnamə qanuni qüvvəsini almışdır. Ancaq Azərbaycan Respublikası adından çıxarılan qətnaməni Dövlət Komersiya Sığorta şirkəti icra etmir, dövlətimizin qanunlarının aliliyinə şübhə ilə yanaşır və şəhidin qan pulunu ailəsinə verilməsində maneçiliklər törədir.
Əlavə qeyd etmək istəyirəm ki, necə ola bilər bizi kimi şəhid ailəsi Əsgərova Reyhan xanıma sığorta pulu hissə -hissə ödənilir, lakin bizə yox, bu haqsızlıq və ədalətsizliyi görüb, bir daha cənab Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Xanım Mehriban Əliyevaya müraciəıt edirəm ki, mənə kömək edəsiniz.
Hörmətli Cənab Prezident!
Sizdən xahiş edirəm ki, mərhum həyat yoldaşım Novruzov Əsəddin Curu oğluna Azərbaycan Respublikası ərazisinin bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyini, şəhid olmasını, Binəqədi rayon Məhkəməsinin mənim xeyrimə Azərbaycan Respublikası adından çıxardığı Qətnaməsini nəzərə alaraq, mənə Dövlət Komersiya Sığorta şirkətindən 11000 manat sığorta ödənişin verilməsinə göstəriş verəsiniz.
Ali Baş Komandanımız demişdir: Məhkəmə orqanı Azərbaycan Respublikası adından çıxardığı qərarı heç kim müdaxilə edə bilməz, bəs nə üçün Dövlət Komersiya Sığorta şirkəti müdaxilə edir. Qətnamənin icra edilməsində hərəkətsizlik etdiyinə görə Binəqədi rayon icra şöbəsi barədə məhkəməyə müraciət edəcəm.
Miq.Az