Şəhid anasından Ədliyyə Naziri Fikrət Məmmədova- ŞİKAYƏT

Şəhid anasından Ədliyyə Naziri Fikrət Məmmədova- ŞİKAYƏT

AZƏRBAYCAN  RESPUBLİKASININ HÜQUQ MÜDAFİƏ    
                                  ŞURASININ SƏDRİ  CƏNAB FİKRƏT MƏMMƏDOVA 
 

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan, Bərdə şəhəri Nizami küçəsi ev 6, mənzil 21-də qeydiyyatda olan şəhid anası Muradova Əsli Həmid qızının Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi xanım Svetlana İsmayılovanın qərəzli və hakim adına yaraşmayan hərəkətlərindən Miq.Az-a daxil olmuş şikayət ərizəsini oxuculara təqdim edirik: 
                   ŞİKAYƏT ƏRİZƏSİ

  Oğlum Muradov Mübariz Heydər oğlu 1995-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olduğu üçün müvafiq orqanın qərarıyla mənə şəhid ailəsi statusu və müvafiq vəsiqə verilməklə prezident təqaüdü müəyyən olunub. 2007-ci ilin dekabrına qədər həmin təqaüdü almışam.2008-ci ilin yanvar ayında həmin təqaüdün verilməsi dayandırılıb və mənə hansısa sənədin çatışmadığı üçün təqaüdün verilməsinin dayandırıldığı bildirilib.2016-cı ildə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi mənə qarşı Bərdə rayon məhkəməsində iddia qaldırıb.
 
2008-ci ildən 2015-ci ilə qədər olan dövr ərzində qanunsuz alınmış prezident
 Şəhid Muradov Mübariz Heydər oğlu

təqaüdünün tərəfimdən geri qaytarılmasını tələb edib. Mən isə həmin dövrdə təqaüd almadığım üçün məhkəmə qətnaməsilə iddia rədd olunub. Qətnamə qanuni qüvvəyə minib. Məhkəmə prosesi zamanı məlum oldu ki, mənə verilən şəhid ailəsi statusu və təqaüdün verilməsi barədə verilən qərar qüvvədədir. İnzibati orqana müraciət olunmuş, xahiş edilmişdir ki, həmin dövrdə mənimsənilən pullar  ödənilməklə prezident təqaüdü bərpa olunsun.Müraciətim təmin olunmadığı üçün həmin tələbin təmin olunmasının məhkəmə tərəfindən müəyyən olunması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırdım. Dərhal icraata qəbul olunub və hakim Svetlana İsmayılovadır. İddia ərizəsinin  icraata qəbul edilməsinə və təxminən bir il vaxt keçməsinə baxmayaraq hakimin işə qərəzli yanaşması nəticəsində proses başa çatmayıb, eyni zamanda xanım İsmayılovanın işin nəticəsində maraqlı olduğu açıq aydın görünür. Mən prosesdə nümayəndə ilə təmsil olunsam da digər oğlum məhkəmə zalında prosesi izləyir. Hakim məhkəmə prosesini elə aparır ki, sanki mən yenidən şəhid ailəsi statusu almaq tələbiylə iddia qaldırmışam. Hansıki mənə şəhid ailəsi statusu və Prezident təqaüdünün verilməsi barədə qərar bu gündə qüvvədədir. İnzibati orqanın tələb etdiyi sənəd Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən oğlumun hansı şəraitdə həlak olduğu barədə arayışda məhkəməyə təqdim edilib. Hakim prosesual normanın tələbinə uyğun olaraq nümayəndəmin sübut olduğu ehtimalı üzrə tələb etdiyi sənədlərin İcra hakimiyyəti orqanından məhkəməyə bildirilməsi barədə qaldırdığı vəsatəti maraqlı olduğu üçün  təmin etmir. Tərəflərə iddianın və etirazın əsaslarını sübut etməyə eyni şəraiti yaratmır. Nümayəndəmə təzyiqlər edir. Hətta hakim işi o səviyyədə aparır ki, zalda oturan oğluma bildirir ki, məhkəmədə yenidən şəhid ailəsi statusu almaq üçün məhkəməyə müraciət edilsin. Nümayəndəm bildirir ki, şəhid ailəsi barədə mövcud qərar qüvvədə olduğu halda inzibati orqan indiki hərəkətləri etməkdə haqlı deyil.İnzibati orqan məhkəmədə şəhid ailəsinin statusunun ləğvi barədə ayrıca iddia ilə çıxış edə bilər. Amma özü şəhid ailəsinə verilən imtiyazı ləğv edə bilməz. Bu zaman hakim ona hədələyici təzyiqlər edir, barəsində tədbir görəcəyini bildirir və açıq -aydın cavabdeh tərəf kimi çıxış edir. Göstərilən hallar isə hakim xanım Svetlana İsmayılovanın Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin, Azərbaycan Mülki Prosesual Məcəlləsinin, Hakimlər Haqqında Azərbaycan Respublikasının Qnununun və Hakimlərin Əxlaq Kodeksinin tələbini və ən nəhayət Azərbaycan Respublikasının Konstitusiya normalarını bilərəkdən pozmasıdı. Yuxarıda göstərilənləri və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun tələbini rəhbər tutaraq, şikayətimi nəzərə alıb, hakim xanım Svetlana İsmayılovanın mövcud hərəkətlərinə qiymət verməyinizi xahiş edirəm.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az