Şəhidimizin nəşi ailəsinə təhvil verildi - Foto
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elçin Ağayevin nəşi ailəsinə təhvil verilib.
Miq.Az Report-a istinadən xəbər verir ki, onun nəşi Cəlilabad şəhərində ailəsinin yaşadığı evə gətirilib.
Şəhid vida mərasimindən sonra Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub.
Allah rəhmət eləsin!