Vətəninfo.az xəbər verir ki, Kürün Şəmkir rayonu ərazisindən keçən hissəsində bədbəxt hadisə baş verib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupundan APA-nın qərb bürosuna verilən məlumata görə hadisə bu gün saat 19 radələrində Kür çayının rayonun Keçili kəndinə yaxın hissəsində baş verib. Kürün kənarına dincəlməyə gedən, rayonun Keçili kənd sakini, 31 yaşlı Mayılzadə Xəyalə Sahib qızı, onun övladları 13 yaşlı Rəfiyeva Nurlana Qoşqar qızı, 9 yaşlı Rəfiyeva Nurlan Qoşqar oğlu, həmçinin onlarla istirahətə gedən rayonun Səfər Cabbarlı kənd sakinləri 4 yaşlı Dostiyev Əkbər Natiq oğlu, 7 yaşlı Dostiyeva Fəridə Natiq qızı çayda batıblar.
Məlumata görə, 4 azyaşlı uşaq çayın kənarında çimməyə giriblər. Suyun axını gücləndiyindən onlar batıb. Onları qurtarmaq istəyən Xəyalə Mayılzadə də suda boğulub. Saat 21 radələrində FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları batanların meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...