Şəmkirdə satılan hökumət BİNASI- Cinayət, barbarlıq, XƏYANƏT, yoxsa cahillikmi?

Şəmkirdə satılan hökumət BİNASI- Cinayət, barbarlıq, XƏYANƏT, yoxsa cahillikmi?
Birinci şəkildə gördüyünüz möhtəşəm bina dördüncü küçənin başında yerləşən Şəmkir Rayon Sovetinin məşhur binasıdır.  Vaxtilə pəncərələri 20 yanvar şəhidlərinin şərəfinə ucaldılan abidəyə baxırdı. O biri tərəfisə, ücüncü kücədə yerləşən Rayon İcra Hakimiyyətinə, digər tərəfi beşinci kücədə yerləşən rayon prokurorluğuna baxırdı. Şəmkirdə küçələri rəqəmlə adlandırmaq rayonun mərkəzi kücələrin ilk sakinləri olan almanlardan qalıb. Rayon Soveti adlandırılan bu binada 28-29 hökümət və ictimai təşkilat yerləşirdi. Buranı Şəmkirin Asan Xidməti də adlandırmaq yerinə düşərdi. Bu bina ilə bağlı hər şəmkirlinin  yaddaşında bir xoş xatirəsi  var. Rayon Sovetinin binası həm öz möhtəşəmliyilə, həm də yerləşdiyi məkana görə Şəmkirin simvollarından sayılırdı. 

Aqibəti necə oldu? Sonra Şakaya  pul lazım oldugu ücün bu əzəmətli və gözəl bina darmadağın edildi və boş torpağı hansısa bir iş adamına yaxşı pula satıldı. Burda yerləşmiş  28-29 hökümət və ictimai təşkilatlar isə rahat yerlərindən didərgin salındılar. Bu binanın əsas mülkiyyətçisi  "Şəmkir rayon icra hakimyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi"  isə aşağıda gördüyünüz şəraiti olmayan  binada yerləşdirildi. Bunu nə adlandıracağımı bilmirəm. Cinayətmi? Barbarlıqmı? Xəyanətmi? Cahillikmi?  

Hər halda bu boyda qanunsuzluğu etmək üçün ya gərək şir ürəyi yeyəsən, ya da gərək arxanda şir dayansın. İstənilən halda bu gözəlliyə qəsd etmək günah və şəmkirlilərə hörmətsizlik  idi. Şəmkirdə satılmağa yermi qəhət idi? 

Bunları niyə yazıram?! Əzizlərim, hər bir insanın yaddaşı olduğu kimi hər bir şəhərin, rayonun, kəndin, küçənin, tinin, ağacın da yaddaşı var.  Bizləri elimizə, obamıza bağlıyan, ruhumuzu diri tutan o yaddaşlardır. Hər bir rayon rəhbəri idarə etdiyi rayonun yaddaşına, kecmişinə, xatirəsinə sayğə ilə yanaşmalıdır, qorumalıdır. 

Rəhmətlik dədəm deyərdi ki:  "Pul vəzifə yaxşı şeydir,qızdırması olmaya." Çox təəssüf ki, qızdırmalı rəhbərlərimiz cənnət məmləkətimizi bax belə yaşanmaz hala gətirdilər.

Şahin Nəcəfov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az