"Səndən bir də olmayacaq"- Yaşardan Vüsaləyə xüsusi TƏBRİK


Aparıcı Vüsalə Kərimovanı ad günü münasibətilə müğənni Yaşar Cəlilov təbrik edib. Aparıcıya özəl günündə inci kimi təriflər deyən müğənni bildirib: 

"Bu gün mənim canım, əzizim, doğmam, dostum, əfsanəvi prodüserim Vüsalənin doğum günüdür. Vüska, sağlam, gözəl və ürəyin istədiyi kimi yaşa. Bütün arzulara çatasan İnşAllah. Haqqında dayanmadan, günlərlə xoş söz deyə biləcəyim insanlardan biri də sənsən. Bir də dünyaya gəlsəm, müğənni olaram və seçəcəyim ilk prodüser məhz sən olarsan. Komandamızın qızıl dirəyi, şad günün mübarək olsun. Hər zaman səni sevənlərin yanında ol. Allah səni mənə və sevənlərinə çox görməsin. Səndən bir də olmayacaq"./Big.az/

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az