Politoloq Cümşüd Nuriyev Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin (ADN DTB) yaradılması məsələsinə münasibət bildirib. O, «Vətəninfo.az» saytına açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycanda yaşayan hər bir normal düşüncə sahibi belə bir qurumun yaranmasını qəbul edə bilməz. Onun sözlərinə görə, bu tendensiya birdəfəlik keçilmiş bir mərhələdir: «1993-cü ildə Talış Muğan Respublikası kimi separaçsı addımların qarşısı alındı. İkincisi bundan uzun müddət keçəndən sonna nədən Ziyalılar Formununu üzvlərindən biri gedib Moskvada təşkilat yaradır, digəri isə Lənkəranda. Demək istədiyim odur ki, bu təşkilatın yaradılmasına heç bir ehtiyac yoxdur. Təşkilatlardan biri Rusiyanın tapşırığıdırsa, bu, İranın sifarişi ilə Rusiyada razılaşdırılmış addımdır. Bu da Azərbaycan daxilində qarşıdurma yaratmaq, gərginliyi artırmaq məqsədi daşıyır. Eyni zamanda Azərbaycana siyasi təzyiqlər göstərmək üçün bu təşkilatın yaradılmasını vacib hesab ediblər. Burada ən maraqlı olan oxşar cəhətlər ondan ibarətdir ki, bu addımı atanların hər ikisi kinorejissordur, hər ikisi Ziyalılar Forumunda təmsil olunurlar, hər ikisi Azərbaycan iqtidarının əleyhinədir. Çox maraqldıdır ki, bu təşkilatın dəstəkçiləri də kifayət qədər səviyyəsiz danışan insanlardır. Nə vaxt Cənub televiziyasına talış musiqisi təqdim edilib ki, qarşısı da alınsın? İkincisi 1993-cü ildə Azərbaycanda etnik xalqların müdafiəsi ilə bağlı fərman var. Amma heç bizi müdafiə edən hər hansı bir fərman yoxdur. Aborigen xalq dünyanın hər bir yerində üstünlüyü özünə götürür. Azərbaycanda isə bu tərsinədir. İranda çoxsaylı talışlar var, amma onlara Parlamentdə cəmi 1 yer veriblər. Amma Azərbaycan parlamentində talış millətindən olan 4-5 nəfəri mən tanıyıram. İstənilən sahədə vəzifə tutan talışlar çoxdur. 5-6 ay bundan əvvəl İranın dini lideri talışların fiziki cəhətdən assimilyasiya olunduğunu gündəmə gətirmişdi. Azərbaycanda olan talışların buna reaksiyasını oxuyandan sonra mənim onlara hörmətim ikiqat artdı. Onlar da bizim vətəndaşlarımız, qardaşlarımızdır. Bir torpaqla yaşayırıq, dinimiz birdir, qardaşıq. Amma bundan Eldəniz Quliyev öz maraqları üçün yararlanmağa çalışır. Amma millətini və dövlətini sevən bir adam üçün bu cür addım atmasının xəyanətdən başqa bir adı yoxdur. Hilal Məmmədovun azad olunması üçün Söyün Sadıqovun müraciəti də var. Burada təsadüf heç bir şey yoxdur. Əgər təsadüf bir fəlsəfi kateqoriya kimi təkrarlanırsa bu, artıq zərurətdir. Azərbaycanın üzərinə gəlmək üçün bu tipli addımların artması artıq təhlükəli meyllərdən xəbər verir. Eldəniz Quliyev fikirləşir ki, bu təşkilatı yaratmaqla Azərbaycanda nəyəsə nail olacaq? Bu mümkün deyil. Separatizmə dəstək verən hər bir kəsi ictimaiyyət cəzalandıracaq».
Firudin