Müxalfiətin vahid namizədlə seçkiyə qatılmaq məsələsi barəsində müzakiələr səngimir. Bir çox siyasilər bu ideyanın reallaşacağına inanmırlar. Bunu da onunla izah edirlər ki, siyasi partiyaların daha çox öz namizədlərini irəli sürməsi və iddialı olmaları müxaliətin vahid namizədlə seçkiyə getməsinə əngəllər yaradır. Daha bir variant isə ortaqnamizəd ideyasıdır. Bitərəf ziyalılılardan ibarət olan ortaq namizədlə seçkiyə gedilməsi daha məntiqli görünür. Azərbaycan Demokrati Partiyasaının (ADP) sədri Sərdaor Cəlaloğlu «Vətəninfo»ya müsahibəsində səsləndirilən fikirərə münasibətini açıqladı.
- Düşünmürəm ki, vahid namizəd məsələsi başq tutsun. Çünki Azərbaycanda siyasi müxalifət tam yetişmiş vəziyyətdə deyil. Yəni faukti olaraq, hələlik qrup maraqları, fərdi maraqlar daha çox üstündük təşkil edir.
- Ortaq namizəd ideyası da ortaya atılıb və daha çox üç namizədin- Firudin Cəlilov, Rafiq Əliyev və Mehman Əliyevin üzərində dayanılır…
- Bu barədə məlumatım yoxdur.
- Ümumiyyətlə bu ideyaya necə baxırsınız, uğur qazanmaq olarmı?
- Mənə elə gəlir ki, keçid dövrü üçün belə bir variant seçmək olar. Bütün partiyalardan eyni məsafədə ola biləcək, həqiqətən də səmimi bir şəkildə xalqı və müxalifəti bir arya gətirəcək güclü bir lider olacaqsa təbii ki, bu daha yaxşıdır.
- Sizin də daxil olduğunuz 5 partiyanın görüşü birmənalı qarşılanmır…
- Məsləhətləşmələrdə yalnız beş partiyanın iştirakının birmənalı qarşılanmaması təbiidir. Çünki düşünülən kimi, ölkədə çox partiya yoxdur. Əsas müzakirə mövzusu Azərbaycanda partiyalaşma məsələsində ortaya çıxan problemlər idi. İctimai Palatanın aprelin 22-nə təyin etdiyi mitinqə dair ciddi müzakirələr olmasa da, bununla bağlı fikir və mülahizələrimi onlara çatdırdım. Mitinqlərin mövqesizliyi və aktuallığı barədə düşüncələrimi bildirdim. Lakin görüşdə iştirak edən digər partiyaların mitinqə qatılması təşəbbüsünə dair hər hansı müzakirə olmayıb.
- Yeri gəlmişkən mitinqlərin perspektivini necə görürsünüz?
- Siyasi nəticələr olmasa da insan hüquqlarının müdafiəsi və onun nümayiş etdirilməsi, ölkədəki problemlərin diqqətə çatdırılması baxımından önəmlidir.
- Görüşün 5 partiya daxilində keçirilməsinin səbəblərini necə izah edirsiniz?
- Ölkədə dövlət qeydiyyatından 54 partiya keçib, lakin faktiki olaraq bu təşkilatlardan yalnız 6-7-si nizamnamələrinə uyğun fəaliyyət göstərmək imkanına malikdir. Bu görüşdə də demək olar ki, əsas partiyalar təmsil olunub. Kənarda qalan partiyalardan Ümid Partiyası ilə bağlı Müsavat Partiyasının mövqeyi fərqlidir. Onlar Ümid Partiyası ilə əməkdaşlıq etmək istəmirlər. Liberal Partiyasına gəlincə, bu təşkilat ayrı blok formalaşdırıb və bizdən fərqli olaraq özünün ayrıca siyasi xətti mövcuddur.
- Görüşə ALP lideri Lalə Şövkətin dəvət olunmaması da müzakirə mövzusudur…
- Burada kiminsə çağırılıb-çağıorılmamasından söhbət getmir. Sadəcə olaraq Lalə xanım özü maraq göstərmir. Çünki onlar bizim formata qatılmaq istəmirlər. Onlar istəmirlərsə onda biz, zorla Liberal Partiyasını müzakirələrə cəlb edə bilmərik. Qurumun sədri Əvəz Temirxanın isə bu məsələlərdə iştirakına yaxşı baxmırlar. Lalə Şövkət özü müzakirələrə qatılmaq niyyətində olsaydı, böyük məmnuniyyətlə onunla bu məsləhətləşmələrə qatılardıq. Hələ ki onlar tərəfindən belə bir təşəbbüs yoxdur.
Əli Zülfüqaroğlu