Bu gün İran və dünya futbolu tarixinə düşəcək, amma o qədər də xoş olmayan bir hadisə yaşanıb.
Vətəninfo.az xəbər verir ki, İranın əsas liqi “Pro Lig”-də sonuncu oyunlara üç komanda çempionluq ab-havası ilə çıxıb. Çempionatın lideri Təbrizin “Traxtorsazı” komandası 57 xalla birinci, Tehranın “Naft Tehran” komandası 57 xalla (qol fərqinə görə) ikinci və Tehranın digər komandası “Sepahan” 56 xalla üçüncü olaraq çempionluq şanslarını sonuncu tura saxlamışdılar. Amma təbii ki, turnirin ən maraqlı oyunu Təbrizin “Səhənd” stadionunda baş tutacaqdı. Xalları eyni olan ilk iki yerin sahibləri üz-üzə gələrək çempion adı uğrunda mübarizə aparacaqdılar. Bu oyun Təbrizlə Tehranın dueli də hesab olunurdu. 90 min insan “Səhənd” stadionunda, milyonlarla azərbaycanlı isə ekranları qarşısında oyunu izləyirdi.

Matçın 75-ci dəqiqəsinə qədər oyun 3-1 təbrizlilərin xeyrinə davam edirdi. 77 və 81-ci dəqiqələrdə qonaq komanda vurduğu qollarla hesabı bərabərləşdirməyə nail oldu. Ancaq stadionda verilən anonsa əsasən bərabərlik də təbrizliləri çempion edirdi. Çünki anonsda qeyd edilirdi ki, paralel oyunda “Sepahan” komandası da oyunu bərabərə bitirib.
İSNA xəbər agentliyi və İran televiziyasının yaydığı məlumata görə, oyunun son dəqiqələrində “Traktorsazi” komandasına verilən yalan məlumat ucbatından Təbriz komandası özünü çempion hesab edərək matçı sadəcə başa çatdırmağa çalışıb.
Beləliklə heç nədən xəbərsiz futbolçular və texniki heyət bərabərliklə razılaşıb, oyun bitdikdən sonra isə azarkeşlərin də meydana axışması ilə birgə çempionluq şənliyi başlayıb.
Sonradan məlum olub ki, bu anons sadəcə yalanimış: “Sepahan” “Syapa” komandaları arasında görüş bərabərə deyil, “Sepahan”-ın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə oyunu izləyən 90 min azarkeşin sevinci göz yaşlarına çevrilib. Bir neçə azarkeşin ürəyi tutub yerə yıxılıb, təcili xəstəxanaya aparılıb.
“Traxtorsazi”nin portuqaliyalı məşqşisi Toni Oliviera əvvəlcə sevincli, sonra ağlayarkən fotokameraların yaddaşına düşüb.
“Naft Tehran” komandasının baş məşqçisi Aliriza Mənsurian: “Oyunun sonunda dedililər “Sepahan” və “Saypa” oyunu heç-heçə qalıb. Bizim və “Traktrosazi” kulubunun oyunun sistemin pozdular. Azərbaycan xalqı bizi bağışlasın”
Hər il olduğu kimi fars şovinizminin Güney Azərbaycanlılara qarşı faşizmi bu il də futbolda özünü belə göstərdi.
Bu xəbər Tehran mediasında da bir mənalı qarşılanmayıb