Sərhəddə əməliyyat: Əcnəbi tələbələr saxlanıldı

Sərhəddə əməliyyat: Əcnəbi tələbələr saxlanıldı
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yardımlı ra­yo­nunun Alar kəndin­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətən­daş­ları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muham­mad Bahauddin, onlara bələdçilik edən İran İslam Respublikası vətən­daşı, 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanıl­ıblar.

DSX-nin mətbuat mərkəzindən Miq.az-a  bildirilib ki, sərhəd pozucu­ları­nın dövlət sərhədindən keçiril­mə­sinə vasitəçilik edən Azərbaycan vətən­daşı, Yar­dımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu ha­disə yerin­dən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. İlkin araşdırma zamanı Banqladeş vətəndaşlarının "Odlar Yurdu" və "Qərb" univer­sitetlərinin tələ­bə­ləri olması müəyyən­ləşdirilib.
Cəlilabad ra­yo­nunun Əsədli kəndin­­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də isə İrandan Azərbaycana dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliy­yat-axtarış tədbirləri nəticə­sin­də sərhəd pozucusunu qarşıla­maq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil Əhməd oğlu, onun qardaşı Şixəli Gözəlov, sərhəd pozucusu, 1980-ci il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunub. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıt­maq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keç­məsi müəyyənləşib.
Hər iki fakt üzrə cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az