Sərhəddə problem: Mallar buraxılmır-Yük maşınları dayandırılıb

Sərhəddə problem: Mallar buraxılmır-Yük maşınları dayandırılıb

Rusiya tərəfində problem yaşanır

Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı mallarının Rusiya bazarlarına çatdırılmasında yenidən problem yaşanır. Bu barədə Şəmkir rayonundan azərbaycanlı fermer Tahir Hüseynov İstipress-in şimal bürosuna məlumat verib. Onun sözlərinə görə, Azərbaycan tərəfdə Rusiyaya keçiddə heç bir problem yaşanmır. Azətbaycanın sərhəd və gömrük orqanlarından maneəsiz keçən bir vaqon indi Dərbənd gömrük dəmiryol stansiyasında, 25 yüklə dolu avtomobil isə Rusiyanın Yaraq Qazmalar gömrük-keçid məntəqəsində dayanıb və həmin mallar Rusiya bazarlarına buraxılmır. Tahir Hüseynov problemin qonşu Rusiya tərəfdən yarandığını deyib.

Xaçmaz gömrük idarəsindən problemin həlli üçün Dövlət Gömrük Komitəsinin rusiyalı həmkarları ilə danışıqlar aparıldığı bildirildi. Qeyd edək ki, Azərbaycanın məhsulunun Rusiya bazarlarına vaxtında çatdırılmaması, məhsulun digər mənşəli olması problemi 2015-ci ilin noyabr ayında da yaşanmışdı. O zaman problem dövlət səviyyəsində həll olunub son vaqona qədər Rusiya bazarlarına çatdırılmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az