Serj hücum əmri vermişdi, yüzlərlə adam ölə bilərdi - Arşakyan

Serj hücum əmri vermişdi, yüzlərlə adam ölə bilərdi - Arşakyan

Sərkisyan sonuncu çıxışı zamanı deyib ki, guya 2018-ci ildə meydanlara yığışmış minlərlə insanın qanını axıtmamaq üçün hakimiyyətdən gedib. Bu, ağ yalandır. Əmr verilmişdi, polis meydana girməli idi, orada yüzlərlə adam ölə bilərdi. Yalnız polis özü bu vəhşilikdə iştirak etməmək qərarına gəldi. Polis Sərkisyanın əmrlərinə tabe olmadı, öz xalqının nümayəndələrinə qarşı getmədi. Bunu görən Serjə artistlik etmək qaldı: "Mən getdim ki, qan tökülməsin”.

Axar.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

"Guya sən xalqını düşünürsən, Serj? Xalqı düşünən adam 1 mart 2008-ci idə Köçəryanla birlikdə qırğın törədərdimi? Yoxsa 2008-ci ildəki erməni qanı 2018-ci ildəkindən fərqlənirdi? Hamının yadındadır siz necə yüzlərlə silahlı əsgər və polislərinizi meydanlara, erməni millətinin üstünə tökdünüz. İndi sənin "Mən getdim ki, qan tökülməsin” sözünə kimsə inanacaq?” - Arşakyan bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az