Serj Sarkisyan baş nazir seçildi

Serj Sarkisyan baş nazir seçildi
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkənin baş naziri seçilib. 

"Report” xəbər verir ki, aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.
S.Sarqsyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan Daşnaksütyun Partiyasından ibarət koalisiya irəli sürüb.
Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi "Çıxış” müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıblar. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarqsyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.
Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarqsyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az