Serj Sarkisyanın bank hesabları həbs edilə bilər

Serj Sarkisyanın bank hesabları həbs edilə bilər

Qərb Sərkisyanın hesablarına əl qoyur: araşdırma başladı

Tədqiqatın aparılmasından sonra Qərb Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın və ona yaxın biznesmenlərin hesablarını dondurmaq niyyətindədir.

Bu barədə məlumat Teleqram sosial şəbəkəsində mövcud olan "Baqramyan 26” kanalında yerləşdirilib. Kanalda Qərbin əsas məqsədinin xaricdəki maliyyə vasitələrinin Ermənistana qaytarılması olduğu bildirilib.

Erməni mətbuatına açıqlama verən Avropa Erməniləri İttifaqının sədri Aşot Qriqoryan artıq ona müxtəlif beynəlxalq təşkilatlardan Serj Sərkisyanla bağlı araşdırmaların aparılması barədə təkliflər gəldiyini bildirib. Qriqoryan həmçinin Serj Sərkisyanın hakimiyyəti dövründə zərər çəkən bütün sahibkarlara müraciət edərək, lazımi informasiyalar verməsini xahiş edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az