Sərxoş olub kafedə qonşusunu bıçaqladı - Bakıda

Sərxoş olub kafedə qonşusunu bıçaqladı - Bakıda

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Elvin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı E.Xəlilovun 3 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm elan olunub. Məhkəmənin hökmü ilə E.Xəlilov 1 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən kafedə baş verib. Elvin Xəlilov sərxoş vəziyyətdə qonşusu Vüqar Novruzovla mübahisə edib. V.Novruzov E.Xəlilovu söyüb və döyməyə başlayıb. Bu zaman E.Xəlilov üstündə olan bıçaqla qonşusuna xəsarət yetirib. V.Novruzov xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.

E.Xəlilova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az