Şeyxülislam Allahşükür Paşazadə İspaniya Krallığına yola düşür

Şeyxülislam Allahşükür Paşazadə İspaniya Krallığına yola düşür
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İspaniya Krallığına səfər edəcəkdir. QMİ sədri A. Paşazadə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə "BMT Sivilizasiyalar Alyansı” və "Dinlər Sülh Uğrunda” təşkilatlarının "Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edəcəkdir.
25-26 aprel tarixlərində İspaniyanın tarixi Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə dini liderlərin iştirakı ilə dəyirmi masa və anım tədbirinin məqsədi sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir.
Şeyxülislam A. Paşazadə tədbirlərdə çıxış edəcəkdir. 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az