Şeyxülislam Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüşüb

Şeyxülislam Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüşüb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin arasında görüş keçirilib.

Görüş Moskvada keçirilən "ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri” adlı mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadə Rusiya Patriarxı Kirillə Danilov monastırında görüş keçirib. Dekabrın 8-də isə XVIII Beynəlxalq Müsəlman Forumunda iştirak edib. QMİ sədri forumda çıxış edib. (APA)





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az