Səyyad Salahlı təəccübləndi: "Sən demə, Azəbaycanda həkim çatışmazlığı var"

Səyyad Salahlı təəccübləndi:
Azərbaycanda öyrəndiyim faktlar məni təəccübləndirilir. Sən demə, Azəbaycanda həkim çatışmazlığı var.

 

Modern.az xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin plenar iclasında deyib.

O qeyd edib ki, bunun səbəbi həkimin aldığı məvacibin az olmasıdır. Səyyad Salahlının sözlərinə görə, 1 200-1 300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır.

 

"İmişli Rayon Xəstəxanasında 30 həkim işləyir. Onkologiya və bu kimi ixtisaslarda həkim yoxdur. O boyda rayonda bir pediatr var.  Halbuki xətəxanaya cəmi 1000 müraciət olur. Saatlıda da eyni vəziyyətddir. Bir çox ixtisaslarda həkim yoxdur. Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır",- deputat qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az