Zahid Oruc
Son illər dünyanın hansı qitəsində xalqla toqquşma səhnələri yaşanırsa, son hərbi nailiyyətlərin də nümayişi başlanır. İnqilab özü ilə bərabər silah sənayesini də inkişaf etdirməyə nail olub.Əgər Vladimir İliç Petroqrad fəhlələrinin mübarizəsinə ilk dövrlər yalnız kiçik yardımlar hesabına əldə etdiyi “ov tüfəngləri” ilə gedirdisə, müasir müxalif orduların arsenalın
da ən yüksək elektron texnikanı və qırğın silahlarını görmək mümkündür.
İstənilən hakimiyyət qəzəblənmiş kütlədən süngünün gücü ilə qorunmağa çalışır.Narazı toplumu dağıtmaq üçün dəhşət yaradıcı səhnələrdənsə, başqa üsullar daha sərfəlidir.İlk növbədə, qorxu hissinə işləyən effektiv tədbirlər görülür.Tanklar və digər zirehli texnikalar məhz özünü qoruma vasitəsi,xalqla qarşıdurmanı böyük itkilər olmadan həll etmək cəhdidir.
Lakin insan zəkasının zirvəsi sayılan snayperlər 20 ilə yaxın bir dövrün əsas dramalarının və tarixi hadisələrinin baş elementinə çevrilib.Vaxtilə Rumıniyada Çauşesku iqtidarını devirmək üçün “gizli” mərkəzlərdən bəlli hədəflərə qarşı məhz bu silahdan istifadə olunmuşdu.Oxşar səhnələr 2009-cu ildə İranda,2010 cu ildə Misirdə və Qırğızıstanda uğurla tətbiq edilmiş, lakin fərqli nəticəlrə doğurmuşdu.
Müxtəlif döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirən bu silahın xarakteristikası həqiqətən də heyrətedicidir.Ona görə də 400 ildən çoxdur ki,snayperlərlə tarix yazılır.Yüzlərlə qoşun birləşmələrinin taleyini,hərbi qələbələrini təmin etməklə bərabər tanınmış sərkərdələri,siyasi xadimləri də məhv etməkdə əvəzsiz rol oynayıb.Ötən əsrin müəmması və açılmamış cinayəti olan Kennedinin ölümü də bu silahın tərcümeyi halına yazılıb.
Onu yüksək dəqiqlik,optik müşahidə və maskalanmaq xüsusiyyətlərinə görə fərqləndirirlər.Lakin sual olunur,əgər meydanlara çıxan izdihamı dağıtmaq gərəkdirsə,onda nədən snayperlərin gücündən istifadə olunur? Müxtəlif dövlət binalarını ələ keçirmək istəyənləri geri qaytarmaq üçün kütlə atəş səslərini və real ölümləri görməlidi ki,qərarından daşınsın.Necə deyərlər,həyati təhlükəni hiss etməlidir.
Ən yaxın yoldaşının ölümünü bilmədiyi və güllə səsini eşitmədiyi üçün etirazları durdurmaq bu silahın işi deyil. Snayperlər əksinə, hədəfini zərərsizləşdirdikdən sonra nümayişlər yenidən başlanır.Onun qurbanını televiziyaların,dünyanın və ictimai nifrətin yeminə çevirmək daha əlverişli olur.Avtomatlar və tüfənglər hakimiyyətin,snayperlərsə inqilabın silahıdır.
Ona görə də dünyanın hansı məkanında bunları görsəniz düşünün ki,kütlə öz rəhbərlərini devirməyə tərəddüd edəndə haradansa açılan snayper atəşləri arzuolunan böhran kütləsini yetişdirməyə və xaosa lazımi şəraiti yaradacaqdır.Onlar sadəcə öz zamanlarını gözləyirlər.Sonra siyasi oyunçuların yaratdığı örtüklərin arxasında itib yox olurlar.Mübarəki,bin Əlini,Bakievi devirən xalq qəzəbi ilə bərabər yeni kabus məhz budur.Növbəti ünvan Bəşərdir.O,yeni kompüter nəslinin snayper oyunlarının sınaq meydanıdır.Proses uğurla gedir.Sonuncu dayanacağı olmayan qatar kimi..