SOCAR: "Gürcüstanın qaz təchizatı ilə bağlı heç bir problem yoxdur"

SOCAR:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Georgia Gas" Azərbaycanın Gürcüstanın qazla təchizatını dayandırması ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib. "Report" xəbər verir ki, şirkət hər iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və qaz təchizatı ilə bağlı Azərbaycanla Gürcüstan arasında uzunmüddətli sazişin imzalandığını, bu baxımdan təchizatla bağlı hər hansı problemin olmadığını açıqlayıb.

Məlumatda qeyd edilir ki, "SOCAR Georgia" yerli bazarda möhkəmlənməkdə maraqlıdır və bu baxımdan regional və beynəlxalq layihələrdə uğurla iştirak edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az